Kokpit.az xatırladır ki, Luis 2025-ci ildə Rodin Motorsport komandası ilə Formula 3-də debüt edib. Onun ən yaxşı nəticəsi İmolada keçirilən şənbə sprintində dördüncü yer olub. Ümumilikdə o, mövsüm ərzində 11 xal toplayıb və çempionatda 26-cı pillədə qərarlaşıb.
Luis Şarp: “Növbəti mövsümü böyük həyəcanla gözləyirəm. Prema zəngin qələbə tarixinə malik komandadır və çoxsaylı sürücülərin Formula 1-ə yüksəlməsinə kömək edib.
Növbəti mövsümdə Prema-nın heyətində çıxış edəcəyim üçün qürur duyuram. Artıq komanda ilə işləməyə başlamışam və hər kəsin motivasiyasını, qalib gəlmək istəyini görürəm. Gələn mövsümdə güclü çıxış edəcəyimə inanıram”.
Şərh əlavə et