Xəbəri Kokpitdə Oxuyun!

O.Berman: Bizim üçün parlaq gün olacaq

Haas komandasının sürücüsü Oliver Berman bildirib ki, COTA-dakı yarış onlar üçün çox yaddaqalan olacaq.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Sinqapur yarışından 9-cu yeri tutaraq, iki yarışdan sonra komandasına iki xal qazandırıb. Debütant sürücü bu tempini Haas-ın ev trası olan ABŞ-da da davam etdirmək istəyir.

Oliver Berman: “Hər həftəsonu daha da irəlilədiyimizi hiss edirəm. Biz bilirik ki, bolidimiz sürətlidir, üstəlik Ostin üçün komanda yeni texniki yeniliklər hazırlayıb. Elə hiss edirəm ki, bu həftəsonu yaxşı nəticə göstərəcəyik.

Bu, Haas F1 komandası ilə mənim ilk ABŞ Qran Prim olacaq. Yarış qrafiki çox sıxdır, ancaq mən artıq Amerika azarkeşlərinin ehtiraslı atmosferinə qapılmağa hazıram. Əminəm ki, COTA-dakı yarış mövsümün ən parlaq hadisələrindən biri olacaq”.

Rauf Hacıyev

Şərh əlavə et