Amerika komandası ABŞ Qran Prisindən əvvəl biznes dəstək sistemləri üçün proqram təminatının hazırlanması sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan amerikalı CSG şirkəti ilə tərəfdaşlığa başladığını elan edib.
Ayo Komatsu, komanda rəhbəri: “Ev yarışımız olan Ostin Qran Prisindən əvvəl CSG-ni Haas F1 ailəsində salamlayırıq. Bu şirkət qlobal bazarlarda mükəmməlliyə və səmərəliliyə can atması ilə seçilir və bu da Formula 1 ruhuna tam uyğundur.
Bu əməkdaşlığın nəticələrini həm trasda, həm də onun hüdudlarından kənarda nümayiş etdirməyi səbirsizliklə gözləyirik”.
Qeyd edilib ki, CSG-nin hazırladığı proqram həlləri Formula 1-in azarkeşlər üçün ödənişli əsasda təqdim etdiyi F1 TV xidmətinin işləməsini dəstəkləmək üçün istifadə olunur.
Şərh əlavə et