Haas F1 komandası Amerika traslarında keçirilən üç yarışdan ikincisi olan ev mərhələsinə – ABŞ Qran Prisinə hazırlaşır. Yarış bu həftəsonu Texas ştatındakı Circuit of the Americas (COTA) avtodromunda baş tutacaq. Ostində artıq ardıcıl üçüncü mövsümdür ki, sprint yarışı keçirilir.
Komanda Ostinə xüsusi dizaynlı bolidlər və bir neçə kiçik texniki yenilik gətirəcək.
Ayo Komatsu, komanda rəhbəri: “Biz ABŞ Qran Prisinə böyük həvəslə hazırlaşırıq, çünki COTA avtodromunda özümüzü hər zaman evdəki kimi hiss edirik. Bu yarışdan əvvəlki həftə adətən çox gərgin keçir, üstəlik bizi sprint də gözləyir, buna görə də bütün həftəsonu ərzində adrenalin səviyyəsi yüksək olacaq.
Sinqapurda Oliver 9-cu yeri tutdu və bu əla nəticədir, lakin Ostində məqsədimiz hər iki pilotun xal qazanmasıdır.
Bu mərhələyə bir neçə texniki yenilik hazırlamışıq, ancaq proqramda sprint olduğuna görə onların effektivliyini yoxlamaq üçün cəmi bir saatlıq sərbəst yürüş olacaq. Buna görə də startdan etibarən trasda maksimum səmərəli işləmək çox vacibdir”.
Şərh əlavə et