Xəbəri Kokpitdə Oxuyun!

E.Okon ABŞ yarışına çox hazırlaşıb

Haas komandasının sürücüsü Esteban Okon bildirib ki, o, Sinqapur yarışından sonra bazaya gedərək, Ostindəki yarışa xüsusi hazırlıq edib.

Kokpit.az xatırladır ki, fransalı sürücü son 3 yarışda xal üzünə həsrət qalıb. O, Hass komandasının ev yarışında bu uğursuzluğa son qoymaq niyyətindədir.

Esteban Okon: “Ostinə qayıtdığım üçün çox sevinirəm, xüsusən də indi Haas F1 komandasının pilotuyam. Bu, enerjili bir şəhərdir və burada komandamızın ev yarışlarından biri keçirilir.
Bilirik ki, Amerika azarkeşləri bütün həftəsonu ərzində möhtəşəm ab-hava yaradacaqlar. COTA trası həm əyləncəli, həm də mürəkkəbdir, buna görə də oradakı yarışlar hər zaman maraqlı keçir.
Sinqapurdan sonra ciddi məşq etdim və komanda ilə birlikdə simulyatorda çalışdım. Məqsədimiz bu həftəsonu bütün imkanlardan maksimum istifadə edərək yaxşı nəticə qazanmaqdır.

Ostinə qayıdışı səbirsizliklə gözləyirəm. Komandamız xüsusi dizaynda bolidlərlə çıxış edəcək və ümid edirəm, Amerika azarkeşlərinə bizə fanatlıq etmək üçün səbəb verəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et