Ostində bu rolu Mercedes-AMG GT Black Series yerinə yetirəcək. Bu model 2022-ci ildən etibarən Aston Martin Vantage və Aston Martin Vantage S ilə birlikdə Formula 1-in rəsmi təhlükəsizlik avtomobili sayılır.
Yarış həftəsonu ərəfəsində Mercedes komandasının rəhbəri Toto Volf Sinqapur Qran Prisinin nəticələrini dəyərləndirib və Ostin yarışından gözləntiləri barədə danışıb:
Toto Volff: “Biz Sinqapurda yüksək nəticə qazandıq. Corc Rassellin qələbəsi və Kimi Antonellinin beşinci yeri sayəsində… Bu nəticə bir qədər gözlənilməz oldu, amma şənbə və bazar günü göstərdiyimiz performans bunun təsadüfi olmadığını isbatladı.
Cari mövsümün xüsusiyyəti ondadır ki, hər bir həftəsonunda hansı komandanın lider olacağını əvvəlcədən demək çətindir. Biz Azərbaycanda yaxşı çıxış etdik, indi isə maraqlıdır, görək, W16 ilə Şimali və Cənubi Amerikadakı yarışlar seriyasında bu səviyyəni qoruya biləcəyikmi.
Qarşıdakı traslar həm konfiqurasiya, həm də çətinlik baxımından Bakı və Sinqapurun küçə traslarından ciddi fərqlənir. Buna görə bizi müəyyən qədər gözlənilməzliklər gözləyir, lakin elə bu qeyri-müəyyənlik idmanı maraqlı edir.
Ostin trası Formula 1 üçün artıq kult yerinə çevrilib. Burada çox sayda emosional azarkeş və fantastik şəhər atmosferi var. COTA trası yüksəklik fərqləri, təsirli birinci döngə, həm sürətli, həm də yavaş hissələrin ahəngi ilə seçilir. Bu trasda maşınlar üçün əsl sınaq baş verir.
Buna əlavə olaraq, bu mövsüm sprint formatı da tətbiq olunacaq. Bu isə bizə yalnız əlavə çətinliklər yox, həm də yeni imkanlar yaradır: Əgər W16-nı tez bir zamanda optimal rejimə gətirə bilsək, yaxşı nəticələr qazanmaq mümkündür.
Biz həmçinin bu həftəsonu Mercedes-AMG-nin təhlükəsizlik avtomobili kimi beş yüzüncü yarışını qeyd etməyə şadıq. Bu, şirkətin avtoidmanın zirvələrinə sadiqliyinin, eləcə də uzunömürlülüyün, texnoloji yeniliklərin və avtomobillərimizin estetik gözəlliyinin göstəricisidir”.
Şərh əlavə et