Hər iki pilot ABŞ Qran Prisi həftəsonunda – şənbə sprint formatında keçiriləcək yarışda mümkün qədər çox xal toplamaqda qərarlıdırlar.
Lando Norris: “Mühəndislər Kubokunun qalibi kimi Ostinə yollanmaq çox gözəldir! Amma hələ altı mərhələ qarşıdadır və bu yarışlarda şəxsi birincilik uğrunda mübarizə gedəcək.
ABŞ Qran Prisi həmişə əyləncəli olur və bu dəfə sprint formatına görə daha da maraqlı keçəcək. Azarkeşlər inanılmaz atmosfer yaradırlar və COTA trasında sürmək mənə çox xoş gəlir. Bura sürətli trasdır və ötmə üçün bir neçə yaxşı yer var. Yenidən sükan arxasına keçməyi səbirsizliklə gözləyirəm”.
Oskar Piastri: “COTA-da sprint formatında keçiriləcək yarış həftəsonunu səbirsizliklə gözləyirəm. Tam diqqətimi sürətə yönəltmişəm və hər iki yarışda maksimum nəticə qazanmağa çalışacağam.
Trasda çox maraqlı hissələr var, xüsusilə də sürətli ‘S’ döngələri və onun konfiqurasiyası gərgin mübarizəyə şərait yaradır. Bu trasda yarışmaq mənə həmişə xoş olub, ona görə də qarşıdakı həftəsonunun da əyləncəli keçəcəyinə inanıram”.
Andrea Stella, komanda rəhbəri: “ABŞ Qran Prisinə 2025-ci ilin Mühəndislər Kubokunun qalibi kimi yollanırıq və bu, bizim üçün böyük qürurdur. Bu həftəsonu sprint mərhələsi olacaq və bu da sürücülərimizə əlavə xal qazanmaq imkanı verəcək. COTA onların sevimli traslarından biridir, biz də çalışacağıq ki, güclü nəticə göstərmələri üçün hər cür şəraiti təmin edək.
Bütün komanda ilə qürur duyuram. Bu nəticəyə çatmaq üçün hər kəs böyük əmək sərf edib. Lakin ilin sonuna qədər hələ görüləcək çox işimiz var”.
Şərh əlavə et