Komandanın Gənclər Akademiyasının üzvü Lyuk Brauninq FW47 bolidinin sükanı arxasında Karlos Saynsı əvəzləyəcək.
Britaniyalı pilot üçün bu, artıq sərbəst yürüşlərdə üçüncü çıxışı olacaq. Keçən il o, Əbu-Dabidə keçirilən ilk sessiyada Aleks Elbonun yerinə keçərək, Williams bolidini idarə etmişdi. Bu mövsümdə isə Brauninq artıq Bəhreyndəki ilk sessiyada Saynsı əvəzləmişdi.
Lyuk Brauninq: “Williams-la ilk sessiyada daha bir dəfə iştirak etmək və ikinci dəfə FW47-nin sükanı arxasına keçmək fürsəti üçün çox minnətdaram. Bu sessiyaya mümkün qədər yaxşı hazırlaşmaq üçün çox çalışıram. Bu inanılmaz fürsətdən maksimum yararlanmağa və komandanın həftəsonuna hazırlıq proqramını yerinə yetirməsinə kömək etməyə çalışacağam.
Formula 1 bolidinə qayıtmaq üçün səbirsizlənirəm. Mənə inandıqları və dəstəklədikləri üçün Gənclər Akademiyasına və bütün Williams komandasına dərin təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, Lyuk Brauninq 2025-ci ildə Formula 2-də çıxış edir. Mövsümün sonuna iki mərhələ qalmış o, çempionatda üçüncü yerdə qərarlaşıb. Onun aktivində Montsadakı bazar yarışında bir qələbə və doqquz podium var.
Şərh əlavə et