Onlar qarşıdakı yarışın favoritini Maks Ferstappen hesab edirlər – Red Bull-un maşınının Ostindəki sürətli trasda McLaren-dən daha effektiv olacağını güman edirlər. Qələbəyə əsas namizədlər siyahısında ikinci yerdə Lando Norris, üçüncü yerdə isə son yarışlardakı zəif çıxışı ilə “fərqlənən” Oskar Piastri qərarlaşıb.
Maks Ferstappen – 2.75
Lando Norris – 3.00
Oskar Piastri – 3.25
Corc Rassell – 12.00
Şarl Lekler – 17.00
Lyuis Həmilton – 29.00
Kimi Antonelli – 51.00
Fərdi hesabda titula riyazi şanslar hələ də beş pilot üçün qalıb. Bukmekerlər də məhz bu pilotlara çempionluq yarışında qələbə üçün mərc qəbul edir. Favorit isə 22 xal fərqlə komanda yoldaşı Lando Norrisin qarşısında lider olan Oskar Piastridir.
Oskar Piastri – 1.44
Lando Norris – 3.50
Maks Ferstappen – 7.00
Corc Rassell – 251.00
Şarl Lekler – 3001.00
Xatırladaq ki, Mühəndislər Kubokunun taleyinə Sinqapurdakı son yarışda aydınlıq gəlib – McLaren ardıcıl ikinci dəfə bu titulun sahibi olub.
Şərh əlavə et