Apple, növbəti nəsil noutbukların üzərindəki hazırlıqlarını demək olar ki, tamamlayıb. Şirkət, M5 prosessorlu MacBook Pro modelləri ilə bağlı dəqiqləşən məlumatlarla yenidən gündəmdədir. Bu ilin sonuna qədər təqdim ediləcəyi gözlənilən əsas model, performans baxımından əhəmiyyətli inkişaf vəd edir.
Amerikalı şirkətin sınaqlardan keçirdiyi J704 kod adlı cihazın macOS Tahoe 26.0.2 versiyasında görünməsi, M5 çipli yeni MacBook Pro-nun təqdimata çox yaxın olduğunu göstərir. Əvvəlki nəsil M4 modelinin J604 kod adnı daşıyırdı. Bu da builki testlərin artıq irəli mərhələyə keçdiyini təsdiqləyir.
M5 MacBook Pro-nun təqdimat tarixi dəqiqləşir
Yeni MacBook Pro seriyasının yalnız əsas modeli bu il ərzində təqdim olunacaq. Daha güclü versiyalar — Pro və Max modelləri isə 2026-cı ilin ilk aylarında bazara çıxarılacaq. J714 və J716 kodlarını daşıyan bu cihazların macOS 26.3 versiyası ilə gələcəyi bildirilir.
Apple-ın bu modeli mərhələli şəkildə bazara çıxarma strategiyası, həm istehsal prosesinin daha nəzarətli idarə olunmasına, həm də M5 çipinin ekosistemə daha sürətli inteqrasiya edilməsinə xidmət edir.
Eyni strategiya, yeni nəsil çip
Apple əvvəllər M1 və M2 seriyalarında da eyni yanaşmanı tətbiq etmişdi — əvvəlcə əsas modellər, daha sonra yüksək səviyyəli versiyalar təqdim olunmuşdu. Görünür, M5 seriyası üçün də bu plan qorunur. Bu isə şirkətin təchizat yenilikərini planlı və sistemli şəkildə idarə etdiyini göstərir.
Bundan əlavə, M5 çipinin yalnız MacBook Pro modellərində deyil, həm də iPad Pro və Vision Pro kimi digər məhsullarda da istifadə ediləcəyi gözlənilir.
Peşəkar istifadəçilər üçün yeni dövr
Yeni nəsil M5 MacBook Pro modelləri, həm gücləndirilmiş performans, həm də dizayn baxımından yeniliklər sayəsində profesional istifadəçiləri hədəf alır. Apple bu seriyanı yalnız yüksək performanslı təchizatı ilə deyil, eyni zamanda bütün Mac ekosistemini irəli daşıyacaq strateji addım kimi təqdim etməyə hazırlaşır.
Şərh əlavə et