Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns ən güclüləri sayıb

Karlos Sayns 2025-ci ilin ən sürətli pilotlarını sayıb.

Williams komandasının sürücüsü İspaniyanın Cope radiosuna verdiyi müsahibədə üç həmkarının adını çəkib: “Vahid dövrədə ən sürətli pilot Şarl Leklerdir. Düzdür, onunla Lando Norris arasında demək olar ki, bərabərlik var. Amma yarış tempində ən sürətli pilot Maks Ferstappendir”.

Bununla belə, bütün Formula 1 sürücüləri eyni maşınla yarışsaydı, kimin daha sürətli olacağı sualına Karlos birbaşa cavab verməkdən yayınıb: “Hər şey bizim idarə etdiyimiz konkret maşından asılıdır. Əgər bu, Red Bull-dursa, aydındır ki, ən sürətli Maks olacaq.
Əgər hamımıza Mercedes versələr, Corc Rasselli qabaqlamaq çətin olar, çünki o, öz maşınında çox güclüdür.

Əgər hamıya Williams versələr, mən eyni şeyi Aleks Elbon və özüm haqqında deyərdim. Hər şey maşından asılıdır”.

Rauf Hacıyev

Şərh əlavə et