Kokpit.az bildirir ki, Rustavi şəhərində keçirilən bu yarışda ölkəmizi 6 sürücü – Ceyhun Süleymanov, Fərid Quliyev, Xəyal Ağcabəyli, Rəhman Şıxəliyev, Niyaz Bədiyev və Elçin Məmmədov təmsil edirlər. Bu yarışı digərlərindən fərqli edən şey isə sürücülərin daha sürətlə sürərək, təkər yandırmasıdır. Burada orta sürət 150-170 kilometr/saat arasıdır.
Oktyabrın 11-də isə turnirin birinci mərhələsi geridə qalıb. İlk mərhələdən sonra 6 sürücümüz də adlarını ikinci mərhələyə yazdıra biliblər. Təmsilçilərimizdən ən yüksək nəticəni Rəhman Şıxəliyev göstərib. Gənc pilotumuz 72 xal toplayaraq, altıncı olub. Təcrübəli Fərid Quliyev 71 xalla yeddinci, Niyaz Bədiyev 66 xalla səkkizinci, Ceyhun Süleymanov 63.5 xalla doqquzuncu, Xəyal Ağcabəyli 52 xalla onuncu olub. Elçin Məmmədov 11-ci yeri tutaraq, onluqdan kənarda qalsa da, bu nəticə ilə ikinci mərhələyə yüksələ bilib.
Bu gün keçiriləcək son 16 yarışında isə təmsilçilərimiz bir-birlərinə rəqib olublar:
- Rəhman Şıxəliyev – Elçin Məmmədov
- Fərid Quliyev – Xəyal Ağcabəyli
- Niyaz Bədiyev – Ceyhun Süleymanov
Bu isə o deməkdir ki, 1/4 finalda Azərbaycanı 3 sürücü təmsil edəcək. İndidən bütün pilotlarımıza uğurlar arzu edirik!
Şərh əlavə et