Maks Ferstappen Bakıdakı Qran Pridə bildirib ki, Pirelli bu təkərləri “evdə qoymalı idi”.
İtaliya şirkəti tənqidə qulaq asıb və Pirelli-nin Motorsport-un rəhbəri Mario İzola açıqlayıb ki, 2026-cı ildə C6 tərkibi dəyişəcək: “Şərhləri gördüm. Hələ Maksla danışmaq imkanım olmayıb, amma bunu sonradan edəcəyəm. Hər halda, bu, təcili məsələ deyil, çünki bu il C6 tərkibini daha yarışlara gətirməyi planlaşdırmırıq.
C6-nın müsbət cəhətləri də oldu, çünki Bakıda və digər traslarda bu tərkib sayəsində sıralanma turunda gözlənilməz hadisələr baş verdi. Bəzi pilotlar C6 ilə, bəziləri isə C5 ilə cəhdlər etdilər. Biz gördük ki, sürət baxımından C6, C5-dən daha yaxşıdır, amma fərq çox böyük deyil. Bu fərq çox cuzi idi.
Hazırda C5 və C6 arasındakı fərqin minimal olduğunu tam anlayırıq. Məqsədimiz bu iki tərkib arasındakı intervalı bir qədər artırmaq və C6-nı daha cəlbedici vəziyyətə gətirməkdir.
Bu il biz C6-dan ilk dəfə istifadə etdik. Əldə olunan təcrübədən nəticə çıxardıq və homologasiya zamanı gələn mövsüm üçün tərkiblər artıq fərqli olacaq”.
Şərh əlavə et