Xəbəri Kokpitdə Oxuyun!

Galaxy S26 Ultra-nın arxa dizaynı və rəngləri üzə çıxıb

Koreyalı şirkətin çıxardığı yeni rənglər bəzi müzakirələrə səbəb olub.

Samsung-un növbəti flaqmanı Galaxy S26 Ultranın maket modelləri internetdə paylaşılaraq cihazın arxa dizaynınırəng variantlarını üzə çıxarıb. Məlumata görə, yeni model Apple-ın iPhone 17 Pro-larında “kosmik narıncı” adlandırdığı rəng seçiminə bənzər yeni bir tonla təqdim oluna bilər.

Üç rəng variantı: gümüş, narıncı və qızılı

Paylaşılan görüntülərdə Galaxy S26 Ultranın gümüş, narıncı və qızılı rənglərdə göründüyü qeyd olunur. Xüsusilə parlaq narıncı model, Apple-ın iPhone 17 Pro və 17 Pro Max modellərində təqdim etdiyi “kosmik narıncı” rənginə bənzəməsi ilə sosial mediada müzakirələrə səbəb olub.

Adətən maket (dummy) modellər, aksesuar istehsalçıları üçün təqdimatdan əvvəl hazırlanır və rənglər sonradan dəyişə bilir. Samsung-un da cihazın rəsmi təqdimatından əvvəl — yəni gələn ilin əvvəlindərəng palitrasını yeniləməsi gözlənilir. Ənənəvi olaraq gümüş və boz tonları Ultra seriyasının əsas rəngləri sayılır, lakin narıncıqızılı kimi cəsarətli çalarlar bəzən məhdud sayda və ya müəyyən regionlara xüsusi təqdim olunur.

“Apple-a bənzədi” tənqidlərinin dalğası

Əgər Samsung Galaxy S26 Ultranarıncı rəngdə satışa çıxararsa, şirkət Apple-ı təqlid etdiyi iddiaları ilə üzləşə bilər. Sosial mediada bu istiqamətdə ilk reaksiyalar artıq görünməyə başlayıb.

Dizaynda hiss olunan dəyişikliklər

Sızdırılan görüntülər yalnız rəngləri deyil, həm də dizayn dəyişikliyini nümayiş etdirir. Yeni modeldə daha yumşaq kənarlardaha iri, nəzərə çarpan kamera bloku diqqət çəkir. Görünən odur ki, Samsung bu dəfə dizaynda hiss olunan yenilik təqdim etməyə hazırlaşır.

Samsung-un Galaxy S26 Ultra ilə yanaşı Galaxy S26 ProGalaxy S26 Edge modellərini də 2026-cı ilin yanvarında bazara çıxaracağı gözlənilir.

Rauf Hacıyev

Şərh əlavə et