Campos Racing komandasının amerikalı sürücüsü ən yaxşı dövrəsini səhər sessiyasında nümayiş etdirib.
Səhər saatlarında sürücülər sessiyaya sıralanma tempi ilə başlayıblar. Temp tədricən artıb, pilotlar bir-birini protokolun zirvəsində əvəzləyiblər. Lakin bir müddət sonra sessiya günün ilk qırmızı bayrağı ilə dayandırılıb. Buna səbəb Ernesto Riveranın maşınının düz yolda dayanması olub.
Sessiya bərpa olunduqdan sonra Uqo Uqoçukvu 1:30.012 saniyəlik nəticə göstərib və bu göstəricini günün sonuna qədər yaxşılaşdıran olmayıb.
Səhər sessiyasının son saatında sürücülər yarış tempi üzrə işləyiblər. Son yarım saatda trasda daha iki dəfə qırmızı bayraq qaldırılıb – əvvəlcə Jerar Si dayanıb, daha sonra isə Cin Nakamura. Sessiyanın sonunda vaxt çox az qaldığı üçün sessiyanı bərpa etməmək qərara alınıb.
Günün ikinci yarısında sürücülər həm sıralanma, həm də yarış tempində işləməyə davam ediblər. Sessiya bir dəfə qırmızı bayraqlarla dayandırılıb. Debütant Kanato Linin 9-cu döngədə dayanması testlərin dayanmasına səbəb olub.
Günün ikinci sessiyasında ən yaxşı nəticəni Uqo Uqoçukvunun meksikalı komanda yoldaşı Ernesto Rivera göstərib. İki test günü ərzində ən çox məsafə qət etmiş sürücü isə Van Amersfoort Racing komandasının üzvü Xiyu Yamakosi olub. o, testlərdə 157 dövrə tamamlayıb.
Formula 3 testləri 15 və 16 oktyabr tarixlərində Barselonada davam edəcək.
Şərh əlavə et