Xəbəri Kokpitdə Oxuyun!

Piastri Ferrari-yə gedir?

İsveçrə nəşri Blick maraqlı şayiələr yayıb. Nəşrin məlumatına görə, çempionatın lideri Oskar Piastri 2026-cı ilin sonunda McLaren komandası ilə əməkdaşlığa son qoymaq variantını nəzərdən keçirir.

Avstraliyalı pilotun Uokinq komandası ilə uzunmüddətli müqaviləsi mövcuddur və bu müqavilə cari mövsümün əvvəlində uzadılıb. Lakin sənəddə erkən xitam hüququ da nəzərdə tutulub. Şayiələrə görə, Oskar Ferrari-yə keçid imkanını dəyərləndirir, lakin bu məlumat hələ ki, heç bir tərəf tərəfindən təsdiqlənməyib.

Buna baxmayaraq, mənzərə aydınlaşmağa başlayır: italyan mətbuatının dünən yayımladığı məlumata əsasən, Şarl Lekler artıq tükənməz problemlərdən bezərək, 2027-ci ildə karyerasını başqa komandada davam etdirmək variantlarını araşdırır.

Beləliklə, 2027-ci ildə Ferrari-də iki yerin eyni vaxtda boşalması mümkündür, çünki Lyuis Həmiltonun müqaviləsi də 2026-cı ilin sonunda başa çatır. Əgər nəticələr növbəti mövsümdə də 2025-ci ildəki kimi qalarsa, Lyuisin karyerasını bitirmə ehtimalı yüksəkdir.

Rauf Hacıyev

Şərh əlavə et