Sadə, amma əyləncəli süjet Amelianın sürücülük vəsiqəsi alma prosesi ətrafında qurulub. Onun təlimatçıları Formula 1 pilotları Corc Rassell, Oskar Piastri, Oliver Berman və Karlos Sayns olacaqlar.
Serial Amelianın prodüserlik şirkəti Dimz Inc. ilə əməkdaşlıq çərçivəsində yaradılıb, çəkilişlər Belçika Qran Prisində – Spa trasında aparılıb və layihə Amelianın şəxsi YouTube kanalında yayımlanacaq.
Formula 1-in kommersiya direktoru Emili Preyzer: “Dimz Inc. ilə əməkdaşlıq Formula 1 üçün gənc və sürətlə böyüyən azarkeş auditoriyası ilə əlaqəni gücləndirmək istiqamətində daha bir addımdır. Serial Amelianın yumorunu və cazibəsini Formula 1-in dramatizmi və həyəcanı ilə birləşdirəcək. Azarkeşlərin bu layihəni izləyəcəyi anı səbirsizliklə gözləyirik”.
Şərh əlavə et