Kokpit.az xatırladır ki, Williams-ın bolidlərində arxa qanadlar reqlamentə uyğun gəlmədiyi üçün Elbon sıralanma turundan diskvalifikasiya olunub. Buna görə də taylandlı sürücü yarışa sonuncu yerdən başlayıb.
Aleks Albon: “Pit-leyndən start alanda bilirdim ki, bu yarış bizim üçün bir növ test yarışı olacaq. Məlumat toplamaq üçün test rejimi ilə çıxış etdik, amma bu, istədiyimiz kimi işləmədi. Problem deyil, çünki toplanan məlumatları növbəti yarışlarda istifadə edə biləcəyik.
Boş trasda tempim yaxşı idi, ancaq yarışın çox hissəsini sıx trafikdə və mavi bayraqlar altında keçirdim. Hətta təzə təkərlərlə belə, məni dövrəvi keçənlərin qarşısındakı maşınlara çatmasını gözləməli olurdum. Bu, demək olar ki, heç nə edə bilmədiyim yarışlardan biri idi, xüsusilə də təhlükəsizlik avtomobili trasda görünmədiyi üçün…
Bu həftəsonundan nəticə çıxaracağıq və hər şeyi Ostindəki növbəti mərhələyə qədər düzəltməyə çalışacağıq”.
Şərh əlavə et