Kokpit.az xatırladır ki, McLaren komandasının sürücüləri Sinqapur yarışında 3-cü və 4-cü yerləri tutublar və Britaniya komandası ardıcıl ikinci dəfə Mühəndislər Kubokunu qazanıb. Lakin bu dəfə McLaren titulu mövsümün sonunda deyil, son yarışa altı mərhələ qalmış əldə edib.
Hərçənd Lando Norris və Oscar Piastri arasında baş verən insident hər iki pilot üçün baha başa gələ bilərdi, bu hadisə McLaren rəhbərliyinin Marina Baydakı bayram əhvalını pozmayıb.
Zek Braun, McLaren Racing-in icraçı direktoru: “Oskar və Lando mövsüm ərzində əla çıxış etdilər. İki möhtəşəm sürücü olmadan Mühəndislər Kubokunu qazanmaq mümkün deyil.
Gördüyünüz kimi, biz onlara mübarizə aparmağa icazə veririk. Bu yarışda bir qədər gərgin anlar yaşadıq, lakin onlar trasda sərt, eyni zamanda ehtiyatlı mübarizə aparırlar və hər ikisi qələbəyə fokuslanıb. Qarşıda hələ çox yarış var və ümid edirəm ki, hər ikisi daha bir neçə qələbə qazanacaq.
Bu həftəsonundan sonra hər şeyi təhlil edəcəyik – biz bunu hər Qran Pridən sonra edirik. Görünür, ilk döngədə Maks Ferstappenin və Landonun maşınları arasında da təmas olub, ən azı bunu yoxlamaq lazımdır. Ancaq ilk döngələrdə baş verənləri izləmək doğrudan da maraqlı idi.
Ümumilikdə bu, tras sərt mübarizənin nümunəsidir. Üç və ya dörd maşın çox sıx qrupda gedəndə, belə insidentlərin baş verməsi mümkündür”.
Şərh əlavə et