Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns: Dəyərli xal qazandıq

Williams komandasının sürücüsü Karlos Sayns bildirib ki, onlar Sinqapurda çox dəyərli 1 xal qazanıblar.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücünün maşını texniki reqlamentə uyğun gəlmədiyinə görə təsnifat protokolundan çıxarılıb və o, Sinqapur yarışına 18-ci yerdən başlayıb. Williams komandasının sürücüsü buna baxmayaraq yarışı 10-cu pillədə tamamlayıb və  komandasına 1 xal qazandırıb.

Karlos Sayns: “Şəraitə baxmayaraq, bu yarışdakı çıxışımızdan razı qalmalı və qürur duymalıyıq. Yarış kifayət qədər sabit keçdi, təhlükəsizlik avtomobili trasa çıxmadı, amma buna baxmayaraq, irəliləyə bildim və 18-ci yerdən start alıb dəyərli bir xal qazandım.

Medium tərkibli təkərlərlə trasda hamıdan çox qaldım və Soft təkərlərə keçdikdən sonra çox sürətli bir mərhələ keçirdim, bir neçə ötmə də etdim. Daha yüksək yerlər uğrunda mübarizə aparmaq potensialımız var idi, lakin ümumilikdə yarışdan məmnunam. Qazanılan təcrübəni nəzərə alacağıq və növbəti yarışlara hazırlaşmağa başlayacağıq”.

 

Rauf Hacıyev

Şərh əlavə et