Kokpit.az xatırladır ki, italyan sürücü yarışa 4-cü yerdən başlasa da, startda 2 yer itirərək, altıncı yerə düşüb. O, yarışın sonlarında Şarl Lekleri keçərək, beşinci yerə yüksəlib və aktivinə 10 xal yazdırıb.
Kimi Antonelli: “Startda yerimə hərəkət etdikdən sonra təkərlərin sürüşməsi səbəbindən bəzi çətinliklər yarandı və buna görə birinci döngəyə qədər iki mövqe itirdim. Bundan sonra onları geri qazanmaq lazım idi, halbuki yarış fiziki cəhətdən çox ağır keçdi.
Amma irəliləyə bildiyim üçün sevinirəm. Temp yaxşı idi və Şarl Lekleri ötməklə bir mövqe qazana bildim. Bu yarışda daha yaxşı nəticə də əldə etmək olardı, ancaq 5-ci yer də normal nəticə sayılır.
Corcu əla qələbəsinə görə təbrik edirəm. O, bu yarışda möhtəşəm sürdü. Bu, komandamız üçün çox yaxşı nəticədir və bizə Mühəndislər Kubokundakı 2-ci yer uğrunda mübarizədə kömək edəcək”.
Şərh əlavə et