Kokpit.az xatırladır ki, McLaren komandasının sürücüləri Sinqapur yarışında 3-cü və 4-cü yerləri tutublar və Britaniya komandası ardıcıl ikinci dəfə Mühəndislər Kubokunu qazanıb. Lakin bu dəfə McLaren titulu mövsümün sonunda deyil, son yarışa altı mərhələ qalmış əldə edib.
Hərçənd Lando Norris və Oscar Piastri arasında baş verən insident hər iki pilot üçün baha başa gələ bilərdi, bu hadisə McLaren rəhbərliyinin Marina Baydakı bayram əhvalını pozmayıb.
Andrea Stella: “Hər iki sürücünün rəqabət aparmaq və öz məqsədlərini izləmək haqqı var. Biz bu yanaşmanı qoruyub saxlamaqda qərarlıyıq. Hər yarış bizə yeni bir şey öyrədir, hər yarışdan dərs alırıq və yanaşmalarımıza kiçik düzəlişlər edirik, lakin bunlar yalnız xırdalıqlardır.
İndi biz Sürücülər Çempionatını qazanmaq uğrunda mübarizəni davam etdirəcəyik. Artıq Mühəndiskər Kubokunu qazandıq, bu, bizim iş tərzimizə heç bir təsir göstərməyəcək”.
Şərh əlavə et