Kokpit.az xatırladır ki, britaniyalı sürücünün maşınında əyləc problemləri müşahidə olunub. Səkkizqat dünya çempionu məhz bu səbəbdən bir neçə dəfə trasın hüdudlarını aşıb və nəticədə beş saniyəlik cəza alıb. Cəza tətbiq edildikdən sonra britaniyalı pilot finiş protokolunda yeddincilikdən səkkizinci yerə geriləyib. Bütün çətinliklərə baxmayaraq, Həmilton Ferrari sükanı arxasında ilk dəfə yarışın ən sürətli dövrəsini göstərə bilib.
Lyuis Həmilton: “Çətin bir neçə gün keçirdik, amma müsbət anlar da var idi. Həftəsonu boyunca maşında özümü rahat hiss etdim və yarışın son hissəsini çox güclü keçirdim.
Soft təkərlər mənə hücum imkanı verdi və bunun sayəsində önümüzdəki rəqiblərlə fərqi azaltdım. Ancaq əyləc problemləri mənə ötmə imkanı vermədi və daha çox xal qazanmaq şansını əlimdən aldı.
Bu həftəsonu, o cümlədən sıralanma turundan etibarən, daha yaxşı nəticə qazana bilərdik. İndi diqqətimizi Ostində maksimum nəticəyə yönəldirik. Orada təmiz çıxış edib mümkün qədər çox xal toplamağa çalışacağıq”.
Şərh əlavə et