Xəbəri Kokpitdə Oxuyun!

F.Vassyör: Bolidi təkmilləşdirməliyik

Ferrari komandasının rəhbəri Frederik Vassyör bildirib ki, Sinqapurda bolidin potensialını tam aça bilməyiblər. 

Kokpit.az xatırladır ki, “qırmızılar” bu həftəsonu yenə də geridə qalıblar. Şarl Lekler yarışı altıncı, Lyuis Həmilton isə səkkizinci yerdə bitirib.

Frederik Vassyör: “Əvvəlcə McLaren-i layiq formada  qazandığı Mühəndislər Kubokunu təbrik edirik.

Bizim üçün bu, çox çətin həftəsonu idi. Güclü başladıq, amma sıralanma turunda maşının potensialını tam açmaq mümkün olmadı. Yarışda ilk dövrlərdən əyləclərin soyuması ilə bağlı problemlər yarandı, baxmayaraq ki, boş trasda tempimiz qənaətbəxş idi. Son on beş dövrədə Lyuis möhtəşəm temp nümayiş etdirdi, ancaq önündəki rəqiblərə çatmaq üçün çox yüksək templə getdi və bu da əyləclərin həddindən artıq qızmasına gətirib çıxardı.

Aydındır ki, son bir neçə yarışda rəqiblərimizdən bir addım geri qalırıq. Maşının potensialını və yarış həftəsonlarındakı performansımızı yaxşılaşdırmalıyıq. Belə olan halda həm maşından, həm də sürücülərdən maksimum fayda ala bilərik

Belə nəticələr, təbii ki, məyusedicidir. Həftəsonu ərzində tempi sabit formada yüksək saxlamalıyıq və  Ostində bu formaya qayıtmaq lazımdır”.

Rauf Hacıyev

1 şərh