Kokpit.az xatırladır ki, avstraliyalı sürücü Marina Baydakı yarışa üçüncü yerdən başlasa da, startda bir az ləng davranıb və komanda yoldaşı Lando Norrislə mübarizə aparıb. Bu anda iki sürücü yüngül təmas yaşayıb.
Oskar Piastri: “Çox çətin yarış idi və ilk dövrə mənim üçün yaxşı alınmadı. Hələ videoyazılara baxmamışam, ona görə də o an baş verənləri yalnız maşından gördüklərimə əsasən qiymətləndirə bilərəm. Bu yazılara baxmalıyam.
Şübhəsiz ki, bu, bütün komandamız üçün əla axşam idi, ancaq əlbəttə ki, mən bu yarışı belə keçirməyi planlaşdırmırdım. Bununla belə, bu nəticə McLaren üçün təkcə bu ilin deyil, bir neçə ildir aparılan gərgin işin zirvəsidir. Buna görə də bütün komandamızla qürur duyuram.
Həmin epizodda Landonun qəsdən insident yaratdığına inanmıram, lakin fakt budur ki, təmas oldu. Buna görə də videolara baxmalı və orada nə baş verdiyini görməliyəm. Bu həftəsonundan sonra nəticə çıxarmalıyam və hansı sahələrdə irəliləyiş əldə edə biləcəyimi başa düşməliyəm”.
Şərh əlavə et