Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Maşın yarışda sürətli idi

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, maşın yarış tempində yaxşı işləyib.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü Sinqapurdakı yarışı səkkizinci pillədə başa vurub, lakin Lyuis Həmiltona verilən cəzanın ardından yeddinci yerə yüksəlib və yay fasiləsindən sonra ilk dəfə xal qazanıb. Onun Aston Martin-dəki komanda yoldaşı Ləns Stroll isə yarışı on üçüncü pillədə bitirib.

Fernando Alonso: “Yarış mənim üçün yaxşı keçdi, maşının idarəolunması əla idi. Sinqapurda çıxış etməyi çox sevirəm, çünki burada fiziki yük çox yüksəkdir.

Hər iki mərhələdə sürətim yaxşı idi, komandanın Medium tərkibli təkərlərə keçmək qərarı düzgün idi və bu, yavaş pit-stopdan sonra itirilən mövqeləri bərpa etməyə imkan verdi. Ümid edirəm ki, mövsümün qalan yarışlarında daha çox xal toplaya biləcəyik”.

Ləns Stroll: “Bu yarışda mövqeləri bərpa etmək üçün çox imkanım yox idi. Təhlükəsizlik maşınının çıxacağı ümidi ilə mümkün qədər uzun müddət trasda qalmağa çalışdıq. Soft tərkibli təkərlərlə 38 dövrə vura bildim.

Pit-stopdan sonra Medium təkərlər gözləniləndən daha tez yayilməyə başladı. Həm trafik, həm həddindən artıq qızma, həm də rəqiblərlə mübarizə buna təsir etdi. Nəticə daha yaxşı ola bilərdi, ancaq əlimizdən gələni etdik və çalışmaqda davam edəcəyik. İki həftə sonra bizi Texas yarışı gözləyir”.

Rauf Hacıyev

Şərh əlavə et