Xəbəri Kokpitdə Oxuyun!

Sarı bayraq araşdırmasına cəza gəlməyib

Sinqapur Qran Prisinin sıralanma turundan sonra stüardlar Qabriel Bortoleto, Niko Hülkenberq və Yuki Tsunodanın hərəkətlərini araşdırıblar. Onların birinci sessiyanın sonunda Pyer Qaslinin trasda dayanmasından sonra sarı bayraqlar qüvvədə olduğu zonada kifayət qədər sürəti azaltmamalarından şübhələnilirdi.

Hadisənin hallarını nəzərdən keçirən stüardlar belə qənaətə gəliblər ki, hər üç sürücü kifayət qədər yavaşlayıb və onların hərəkətlərində qayda pozuntusu olmayıb.

Bundan əlavə, stüardlar Corc Rassellin mümkün qayda pozuntusunu da araşdırıblar, lakin nəticədə Mercedes sürücüsünün də sarı bayraqlar altında kifayət qədər sürəti azaltdığı müəyyən olunub.

Rauf Hacıyev

Şərh əlavə et