Kokpit.az xatırladır ki, Monakolu sürücü Marina Baydakı sıralanma turunda yeddinci yeri tutub və komanda yoldaşı Lyuis Həmiltondan geridə qalıb.
Şarl Lekler: “Sıralanma turunda hər şey qaydasında getmədi. Hər şey təkərlərin asfaltla ilişməsi ilə başladı. Demək olar ki, ilişmə yox idi. Bu məyusedicidir, çünki bu tras Bakı ilə birlikdə mənim favoritlərimdəndir.
Keçmişdə burada həmişə yaxşı çıxış etmişəm, lakin bu dəfə sıralanma turunda maşında özümü rahat hiss etmirdim. Güclü və ciddi dönməzlik (understeer) var idi. Maşın çox əsəbi və proqnozlaşdırılmaz davranırdı. Problemlər artıq ikinci sərbəst yürüşdən başlamışdı, amma biz onları sıralanmaya qədər həll edə bilmədik və maşının davranışını daha da proqnozlaşdırılmaz etdik. Bu isə şəhər tipli trasda görmək istədiyimiz hal deyil. Həftəsonu çox çətin keçir.
Ümid edirəm ki, bu problemlər trasın quruluşu ilə bağlıdır, amma indi mənim üçün izah yoxdur. Maşında əvvəlki yarışla müqayisədə kəskin dəyişiklik etməmişik. Hamısını təhlil edib nəyin niyə səhv getdiyini müəyyənləşdirməliyik”.
Şərh əlavə et