Kokpit.az xatırladır ki, niderlandlı sürücü Sinqapurdakı yarışa Soft tərkibli təkərlərlə başlayaraq birinci döngədə Corc Rassell’i ötməyə cəhd edib. Lakin plan işləməyib. Red Bull Racing komandasının sürücüsü ikinci yeri qoruyub saxlayıb və yarışın böyük hissəsində Lando Norrisi arxasında saxlayıb. Finişdən sonra hazırkı dünya çempionu bildirib ki, bu gün üçün ikinci yer mümkün olan ən yaxşı nəticə idi.
Maks Ferstappen: “Yarış başlayanda asfalt yeni qurumuşdu və mən trasın çirkli tərəfindən start götürürdüm. Biz qeyri-adi bir addım atmağa qərar verdik, çünki başqa halda birinci döngəni sadəcə öz mövqeyimdə keçəcəkdim.
Ən azından sınadıq, lakin plan işləmədi. İlk hissədə təkərləri qorumağa məcbur idim, çünki mümkün qədər uzun məsafə qət etdim və sonra Hard tərkibinə keçdim. Təəssüf ki, müxtəlif səbəblərdən yarış düşündüyümdən çətin alındı. İndi bu gün nəyin səhv getdiyini anlamalıyıq.
Ancaq tempim bir qədər yüksək olsaydı belə, bu trasda hücum etmək mümkün deyil. Düşünürəm ki, ikinci yer bu gün üçün əldə oluna biləcək maksimum nəticə idi.”
Şərh əlavə et