Kokpit.az xatırladır ki, britaniyalı sürücü Marina Baydakı yarışa beşinci yerdən başlayacaq.
Lando Norris: “Cümə günü çətinliklərim var idi, amma şənbə günü işlər daha yaxşı getdi. Düzdür, ideal nəticə göstərə bilmədim, amma buna bəhanə gətirmək olmaz.
Rəqiblər açıq-aşkar irəliləyiş ediblər. Mercedes çox yaxşı iş gördü, Red Bull isə əvvəlki iki mərhələdə güclü çıxış etmişdi, buna görə də burada sürpriz yoxdur.
Sinqapur mərhələsi həmişə bir qədər qəribə alınır. Biz bilirik ki, ön təkərləri effektiv işlətmək mümkün olmayanda çətinliklərimiz başlayır. Həftəsonunun əvvəlindən bu məsələ ilə bağlı problemlərimiz az olmadı.
Düşünürəm ki, bu çətinliklərin səbəblərini anlayırıq, və izah da sadədir: maşının ön hissəsi trasda kifayət qədər asfaltla ilişməyə malik deyil, çox güclü dönməzlik (understeer) müşahidə olunur, buna görə də sazlama zamanı kompromisə getməyə məcburuq.
Bu trasda kifayət qədər sürətli deyilik, halbuki burada sıralanma turu hər şey deməkdir. Bu da bir az məyusedicidir. Yarış zamanı geridən irəliləmək üçün həmişə şans var, lakin o qədər də böyük deyil. Bu gün ciddi şəkildə çalışmaq lazım olacaq”.
Şərh əlavə et