Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Ferrari rəqiblərə baxmalıdır

Ferrari komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, pit yolunda gözlədiyi üçün təkərləri soyuyub və bu da nəticəsinə təsir edib.

Kokpit.az xatırladır ki, yeddiqat Dünya Çempiona bu gün Marina Baydakı yarışa altıncı yerdən başlayacaq.

Lyuis Həmilton: “Mən həftəsonunun gedişindən razı idim, çünki maşında özümü rahat hiss edirdim. Lakin sıralanmanın birinci sessiyasında  hər şeyin vaxtından əvvəl bitə biləcəyi barədə fikirlərim oldu. Özümü axmaq kimi hiss etdim, çünki əvvəldən hesab edirdim ki, biz birinci yer uğrunda mübarizə apara biləcəyik, sonra isə işlər plan üzrə getmədi. Pit yolundan çıxışda çox gözləməli oldum və təkərlər soyumuşdu.

Bizdə tez-tez belə hallar baş verir və sessiyanı optimal şəkildə keçirməyə imkan vermir. Sessiyalar ərzində hərəkətlərimizi daha yaxşı optimallaşdırmaq üzərində işləməliyik. İnkişafı davam etdirməliyik. Komandada hamı maksimum səylə çalışır, ancaq həm də digər komandalara baxmaq lazımdır. Məsələn, Mercedes. Onlar boksdan düzgün vaxtda çıxdıqlarına görə təkərləri soyutmadan işə saldılar və birinci yeri tutdular.

Mən isə pit yolunda çıxışda növbədə gözləməli oldum. Buna görə təkərlər beş- altı dərəcə soyumuşdu və bu, çıxış dövrəsində böyük  fərq yaratdı. Nəticədə  mən son sessiyada  heç nə edə bilmədim və təkərlər üzündən yarım saniyə itirdim. Bu məyusedicidir, amma yarışda əlimdən gələni edəcəyəm”.

 

Rauf Hacıyev

Şərh əlavə et