Xəbəri Kokpitdə Oxuyun!

K.Antonelli: Podium mümkündür

Mercedes komandasının sürücüsü Kimi Antonelli bildirib ki, onun Sinqapur yarışında yaxşı nəticə qazanmaq şansı var.

Kokpit.az xatırladır ki, italyan sürücü Marina Bay trasındakı yarışa dördüncü yerdən başlayacaq.

Kimi Antonelli: “Günü 4-cü nəticə ilə başa vurduğuma görə bir az məyus oldum. Şənbəgünkü sərbəst yürüşləri pis keçirməmişdim və sıralanma turunun ilk iki mərhələsində özümü inamlı hiss edirdim, amma təəssüf ki, finalda istədiyim performansı göstərə bilmədim, çünki bir qədər artıq risk etdim.

Düşünürəm ki, poul və ya ən azı ilk cərgə uğrunda mübarizə aparmaq üçün real şansımız var idi. Bu səbəbdən bir qədər narahatam. Amma yenə də sevinirəm ki, bu trasda heç vaxt çıxış etməmiş olsam da, sürətlə uyğunlaşa bildim. Bununla belə, bizim potensialımız bu nəticədən daha yüksəkdir.

Yarışda isə bizi bir neçə naməlum dəyişəni olan tapşırıq gözləyir. Çünki məşqlərdə az sürücü yarış tempində işləyə bildi. Biz isə yaxşı temp göstərməyin və təkərlərlə düzgün işləməyin bazar günü üçün nə qədər vacib olduğunu anlayırıq.

Dördüncü yerdən start aldıqda podium uğrunda mübarizə aparmaq imkanımız olacaq. Tempimiz imkan versə, yaxşı nəticə qazanacağımıza inanıram”.

Rauf Hacıyev

Şərh əlavə et