Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Bolidi sürmək olmurdu

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, Marina Bay trasında bolidi idarə etmək çətin olub.

Fernando Alonso Sinqapurda sıralanma turunun final mərhələsinə yüksəlib, lakin onuncu yerdən yuxarı qalxa bilməyib. Aston Martin pilotu hesab edir ki, hazırda bu nəticə bolidin imkanlarının maksimumudur.

Onun komanda yoldaşı Lance Stroll isə mübarizəni ilk sessiyada 17-ci nəticə ilə başa vurub. Kanadalı sürücü etiraf edib ki, birinci sessiyada həlledici dövrəsində ön təkərləri blokladığı üçün vaxt itirib.

Fernando Alonso: “Cəhdimdən razıyam. Yaxşı bir dövrə vurdum və bu, mənə ilk onluğa düşməyə imkan verdi, amma daha yüksək nəticə üçün sürət çatmadı. Sessiyalar arasında komanda sazlamaları dəyişdi, amma həm üçüncü sərbəst yürüşlərdə, həm də sıralanma turunda bolidi idarə etmək xeyli çətin idi.

Yarışa trasın çirkli tərəfindən başlayacağam. Görək hadisələr necə inkişaf edəcək, amma ümid edirəm ki, xallar uğrunda mübarizə apara biləcəyik”.

Ləns Stroll: “Şənbə günü o günlərdən biri idi – təmiz dövrə vurmaq çox çətin oldu. İkinci cəhdimdə hücum etdim, lakin təəssüf ki, üçüncü sektorda ön təkərləri blokladım və çox vaxt itirdim.

Bugünkü yarışa 17-ci yerdən başlayacağam. Görək hansı nəticəyə nail ola biləcəyik. Bütün həftəsonu bolid pis idarə olunurdu, buna görə bizi uzun və çətin yarış gözləyir”.

Rauf Hacıyev

Şərh əlavə et