Kokpit.az xatırladır ki, britaniyalı sürücü pouldan başladığı Sinqapur yarışını qazanıb. O, yarış ərzində heç bir rəqibinin təzyiqini hiss etməyib.
Corc Rassell: “Bu, inanılmaz xoş hissdir, xüsusən də iki il əvvəl baş verənlərdən sonra… O vaxt uğur fürsətini əldən vermişdim. Amma bu gün onun heyfini çıxdım və komandaya çox minnətdaram. Bu həftəsonu onlar möhtəşəm işlədilər!
Ümumiyyətlə, bu sürətin hardan gəldiyini anlaçadıq, ancaq mən çox sevincliyəm! Cümə günü müxtəlif səbəblərdən mənim üçün çox çətin keçdi, sükan arxasında özümü rahat hiss etmirdim, ancaq kvalifikasiyanın finalına qədər maşının əla işlədiyini hiss etdim və bu ən vacib anda baş verdi.
Startdan əvvəl bir az gərgin idim. Xüsusən də Maksın maşınınında Soft təkərlərin olduğunu görəndə, amma ilk bölümü əla keçdik və fərq açdıq.
Dünən demişdim ki, əgər bu ilin yarışlarını qələbə ehtimalına görə sıralasaydım, Sinqapur Qran Prisi siyahının ən aşağılarında olardı. Düşünürəm ki, sabah və bir gündən sonra komandayla birlikdə hər şeyi diqqətlə təhlil etməliyik ki, niyə belə sürətli olduğumuzu başa düşək və bu tempi mövsümün sonuna qədər saxlamağa çalışaq”.
Şərh əlavə et