Xəbəri Kokpitdə Oxuyun!

Williams komandasının sürücüləri diskvalifikasiya oluna bilərlər

Williams komandasının sürücüləri Sinqapurda sıralanma turunu pis keçirməsələr də, texniki reqlamentin pozulması təsdiqlənəcəyi halda, protokollardan kənarlaşdırıla bilərlər.

Sessiyadan sonra texniki inspektor 23 və 55 nömrəli bolidlərdə arxa qanadın yuxarı elementinin vəziyyətini yoxlayıb. Hər iki halda icazə verilən 85 mm-lik hədd aşılıb. Bu isə 3.10.10(g) maddəsinin pozulması deməkdir. Məsələ stüardlara göndərilib.

Əgər qayda pozuntusu təsdiqlənərsə, komanda diskvalifikasiya ediləcək və sürücülər sıralanma turundan çıxarılacaqlar. Bununla belə, əgər pozuntu aradan qaldırılarsa, onlar yarışda start götürə biləcəklər.

Rauf Hacıyev

Şərh əlavə et