Xəbəri Kokpitdə Oxuyun!

Son məşqlərin birincisi Ferstappendir

Cümə günü məşqləri problemlərdən və qırmızı bayraqlardan yan keçməyib, komandalar şənbə səhərisi həftəsonunun əsas hadisələrinə hazırlığı davam etdiriblər.

Üçüncü məşq – Sinqapurda ən  az faydalı sessiyadır – gündüzlər isti olur və təkərlər axşamkından fərqli işləyir, amma yenə də pilotlar təsnifat – bu həftəsonunun açar sessiyası öncəsi onlarla dövrə vurmağa imkan tapıb.

Pilotlar məşqə Medium təkərlərdə uzun dövrə seriyaları ilə başlayıblar. Ferstappen və Mercedes-dən həmkarları sessiyanın ilk on dəqiqəsini buraxıb. Yenə də insidentsiz ötüşmək mümkün olmayıb. Kolapinto təhlükəsizlik cibinə girib, 15-ci dəqiqədə qırmızı bayraqlar görünüb.

Louson yeddinci döngədə kerbin üzərində idarəetməni itirib və baryerə çırpılıb. Lyam kokpitdən özü çıxıb və təhlükəli yüklənmə sensoru işə düşdüyü üçün tibbi mərkəzə aparılıb. Yoxlamadan sonra buraxılıb. Bu, Lyam üçün həftəsonu ərzində artıq ikinci qəza olub.

Həmilton qırmızı bayraq rejimində qaydaları pozub, stüardlar epizodu qeydə alıb və sessiyadan sonra baxacaqlar. Fasilədən sonra hamı yenidən trasa çıxıb, Medium-da dövrə seriyalarını davam etdiriblər, sonra Soft-a keçib və sürəti tədricən artırıblar.

Protokollara Maks Ferstappen başçılıq edib, ən yaxşı dövrəvi nəticəsi 1:30.148 olub. İlk beşliyə düşən pilotların nəticələri sıx olub. Sıralanma turu çox maraqlı olacaq!

Elçin Zodorov

Şərh əlavə et