Kokpit.az xatırladır ki, avstraliyalı sürüxü Sinqapurdakı sıralanma turunda komanda yoldaşından daha yaxşı nəticə göstərsə də, üçüncü yeri tutub və poul nəticəsindən 0,366 saniyə geri qalıb.
Oskar Piastri: “Təbii ki, daha yüksək nəticə göstərmək istərdim, amma düşünmürəm ki, maşınımız poul üçün 0.4 saniyə sürətli olardı. Buna görə də, yekunda aldığım nəticədən razıyam.
Məncə, həftəsonu indiyədək pis keçmir, tempimizi tədricən artırırıq. Ümumilikdə sıralanma turunu problemsiz keçdim. Bu da mənim üçün əldə edilə biləcək maksimum nəticə idi.”
Şərh əlavə et