Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Mən Norrisə xatırladacağam

Red Bull komandasının sürücüsü bildirib ki, onun Sinqapurda poul qazanmasına bir McLaren maneə olub.

Kokpit.az xatırladır ki, niderlandlı sürücü Sinqapur Qran Prisinin sıralanma turunda ikinci nəticəni göstərib və onun Corc Rassellə fərqi 0.2 saniyədən az olub. Son cəhddə Maks Lando Norrisin arxasında qalıb, vaxt itirib və dövrəsini yarımçıq dayandırıb. Sessiyadan sonra Red Bull Racing komandasının pilotu zarafatla bildirib ki, bu epizodu Norrisin “yadına salacaq”.

Maks Ferstappen:  “Son sektorda bir neçə səhvim oldu, amma bu, səndən iki saniyə qabaqda başqa bir maşın gedəndə baş verə bilər. Amma mən bunu ona hələ xatırladacağam! Kim idi o? Oskar deyildi? Təəssüf ki, belə alındı, yoxsa poula daha yaxın ola bilərdim.

Sıralanma turları çox maraqlı keçdi, ancaq birinci yeri tuta bilmədiyim üçün bir az məyusam. Həftəsonu bizim üçün çox yaxşı keçir. Bu il maşın rəqabətədavamlıdır, ona görə də startda ikinci yer çox yaxşı nəticədir”.

Rauf Hacıyev

Şərh əlavə et