Kokpit.az xatırladır ki, niderlandlı sürücü Sinqapur Qran Prisinin ikinci sərbəst yürüşündə üçüncü nəticəni göstərib. Red Bull Racing pilotu günün yekunlarından və bolidin stabil işləməsindən razı qalıb.
Maks Ferstappen: “Əslində, hər şey o qədər də pis deyil. Birinci sessiya yaxşı başladı, tədricən sürəti artırdım və əvvəlki iki həftəsonunda olduğu kimi, bolidlə ciddi problem yaşamadım.
İkinci sessiyada bir neçə eksperiment apardıq. Bəzi qərarlar işə yaradı, bəzilərinin üzərində isə hələ işləmək lazımdır, amma ümumilikdə məmnunam. Buna baxmayaraq, bu gün ilk cərgədə yer uğrunda mübarizə aparmaq üçün boliddən bir az da çox sürət çıxarmalıyıq.
Müsbət hal odur ki, çətinlik gözlədiyimiz trasda kifayət qədər sürətliyik. Əlbəttə, inkişaf etdirilməli sahələr var, amma bu, sazlamaları tamamilə dəyişməli olduğumuz vəziyyət deyil.
Bu gün nəticənin necə olacağını görəcəyik. Hələ bilmirəm, startda ilk cərgəyə düşmək üçün sürətimiz kifayət edəcəkmi? Bunu sıralanma turunda biləcəyik”.
Şərh əlavə et