Kokpit.az xatırladır ki, britaniyalı sürücü Marina Baydakı cümə sərbəst yürüşlərini beşinci yerdə bağlayıb. O, ikinci sessiyada pit yolunda Şarl Leklerlə insident yaşayıb və ön qanadı qırılıb.
Lando Norris: “Təəssüf ki, pit yolunda Ferrari ilə insident baş verdi, buna görə komanda əlavə xərclərlə üzləşəcək. Yaxşı ki, ön asılqan zədələnmədi. Amma ümumilikdə gün mənim üçün çətin keçdi.
Özümü sükan arxasında tam rahat hiss etmirəm. Ötən il bu trasda əldə etdiyim idarəetmə hissini bu dəfə ala bilmirəm. Bir çox aspekt üzərində işləmək lazımdır. Qısası, uğurlu gün deyildi. Amma Oskar əla nəticə göstərdi, deməli, mən gileylənməməliyəm, sadəcə, daha yaxşı işləməli idim”.
Şərh əlavə et