Kokpit.az xatırladır ki, britaniyalı sürücü Sinqapurdakı ikinci sərbəst yürüşləri onuncu yerdə tamamlayıb və bolidin davranışından, eləcə də cümə günü əldə edilən irəliləyişdən razı qaldığını bildirib.
Lyuis Həmilton: “Ümumilikdə bu, yaxşı gündür. Mən Ferrari ilə bu trasda ilk dəfə sürürəm və bolid xoşuma gəldi. Bütün bu illər ərzində kameradan çəkilmiş görüntülərə baxır, bolidin necə idarə olunduğunu, mənim əvvəlki maşınımla fərqləri anlamağa çalışırdım. Bu dəfə isə bunları özüm hiss etdim.
McLaren sürücüləri çox sürətlidirlər. Bu trasda təmiz bir dövrə vurmaq asan deyil, lakin bu gün çoxlu müsbət cəhətlər var idi. Mən çox şey öyrəndim və sessiyalar ərzində əldə etdiyimiz irəliləyişdən razıyam.
Bir neçə addım irəli getdiyimizi hiss edirəm və buna görə də böyük ehtimalla şənbə üçün sazlamaları dəyişməyəcəyik. Ancaq əlbəttə, onları bir qədər də təkmilləşdirməyə çalışacağıq ki, boliddən maksimumu alaq və McLaren-ə bir az da yaxınlaşaq”.
Şərh əlavə et