Xəbəri Kokpitdə Oxuyun!

İndoneziyada son məşqlərdə Bezzekki lider olub

MotoGP üzrə İndoneziya Qran Prisinin ikinci məşq sessiyasının qalibi Marko Bezzekki olub.

Kokpit.az bildirir ki, Mandalikadakı həftəsonunun son məşq sessiyası start götürəndə sürücülər vaxt itirmədən trasa çıxıblar.

Cümə gününü lider kimi başa vuran Marko Bezzekki yumşaq tərkibli təkərlərdən istifadə edərək, 1:29.762 zaman nəticəsi göstərib və zirvəyə yüksəlib.

Onu Pedro Akosta izləyib, Raul Fernandes isə üçüncü yerdə qərarlaşıb.

Françesko Banyaya və Mark Markes isə liderdən təxminən yarım saniyə geri qalaraq altıncı və yeddinci yerləri tutublar.

Bezzekki köhnə Soft təkərlərlə ən sürətli sürücü olmağa davam edib və nəticəsini bir qədər də yaxşılaşdırıb. Bu zaman Hard təkərlərlə trasda olan Pedro Akosta da sürətlənərək Bezzekki ilə fərqi 0.171 saniyəyə endirib.

Sessiya ərzində Xorxe Navarro və David Alonso yıxılaraq, mübarizəni dayandırıblar, onlara Migel Oliveyra da qoşulub.

İndoneziyada baş tutan son məşq sessiyasını Marko Bezzekki lider tamamlayıb. Fabio Kuartararo və Pedro Akosta müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Fermin Aldeguer dördüncü, qəza edən Migel Oliveyra beşinci, Raul Fernandes isə altıncı olub.

Rauf Hacıyev

Şərh əlavə et