Xəbəri Kokpitdə Oxuyun!

İndoneziya sprint: Bezzekkidən möhtəşəm geridönüş!

MotoGP üzrə 2025-ci il övsümünün 18-ci mərhələsi olan İndoneziya Qran Prisinin sprint yarışının qalibi Aprilia komandasının pilotu Marko Bezzekki olub.

Mandalikada mövsümün 18-ci mərhələsi buludlu hava şəraitində keçirilib, lakin yarış zamanı yağış gözlənilməyib.

Pedro Akosta ön təkərdə Hard, Bred Binder isə Medium təkər seçimi edib. Digər bütün pilotlar isə ön və arxa təkərlərdə Soft tərkibdən istifadə ediblər.

Sprint yarışında 19 pilot iştirak edib. Meverik Vinyales çiynindəki müalicəyə fokuslanmaq üçün həftəsonunun qalan hissəsindən çəkilib. Ai Oqura və Xorxe Martin isə Yaponiyada aldıqları zədələr səbəbindən yarışa qatılmayıblar.

Cümə günü sərbəst yürüşlərində yüksək sürət göstərən Marko Bezzekki pouldan başladığı sprint yarışında zəif start alıb. Bu fürsətdən yararlanan Gresini Ducati pilotu Fermin Aldequer, Raul Fernandes və Pedro Akostanın önünə keçərək liderliyi ələ alıb.

Yeddincilik uğrunda mübarizə aparan dünya çempionu Mark Markes 10-cu döngədə Aleks Rinslə toqquşub və uzun dövrə cəzası alıb. Rins 19-cu yerə düşüb, Markes isə cəzasını yerinə yetirdikdən sonra 13-cü sıraya geriləyib.

Başlanğıcda altıncı sıraya enən Bezzekki tədricən irəliləməyə başlayıb. Dördüncü dövrədə Aldeguer təxminən yarım saniyə fərqlə liderliyini qoruyurdu, lakin o anda trasın ən sürətli sürücüsü KTM-dən Pedro Akosta idi. Lakin ispaniyalı sürücü birinci döngədə yıxılaraq, yarışdan kənarda qalıb.

Lider Aldequer arxasındakı rəqiblərlə fərqi iki saniyəyə qədər artıraraq, ən gənc sprint qalibi olmağa yaxınlaşıb. Bezzekki isə sürətli tempi ilə fərqi azaldaraq, Raul Fernandesi keçib və lider Aldequerə yaxınlaşıb.

Bezzekki isə yarışın sonuna doğru sözün əsl mənasında uçub və son dövrədə liderliyi ələ alaraq, qələbəni qazanan tərəf olub. Beləliklə, Aprilia komandasının pilotu Marko Bezzekki İndoneziyadakı sprint yarışının qalibi olub.

Podiumu tamamlayan son pilot Trackhouse Aprilia-dan Raul Fernandes olub. İlk doqquzluq isə belə formalaşıb: Aleks Markes, Xoan Mir, Luka Marini, Mark Markes, Franko Morbidelli və Fabio Di Cannanntonio. Lakin Honda pilotu Luka Marini təkər təzyiqi səbəbindən araşdırılmağa başlanılıb və bu, onu altıncı yerdən edə bilər.

Yarışı çox zəif keçirən Françesko Banyaya isə liderin təxminən 30 saniyə gerisində qalaraq, sonuncu yeri tutub.

Rauf Hacıyev

Şərh əlavə et