Xəbəri Kokpitdə Oxuyun!

U.Uqoçukvu Campos-da yarışacaq

Campos Racing komandası Formula 3 üzrə 2026-cı il mövsümü üçün üçüncü sürücüsünün adını açıqlayıb. Teofil Nael və Ernesto Riveryanın yeni komanda yoldaşı McLaren-in gənclər proqramının üzvü Uqo Ugoçukvu olacaq.

18 yaşlı amerikalı sürücü 2025-ci ildə Formula 3-də debüt edib. O, Prema komandasının tərkibində iki dəfə ikinci yeri tutub (Belçika və Macarıstandakı şənbə sprintlərində) və 43 xal toplayaraq, çempionatda 16-cı yeri qazanıb.

Uqo Ugoçukvu: “2026-cı ildə Campos Racing-ə qoşulduğum üçün çox şadam. Bu, mənim Formula 3-də ikinci mövsümüm olacaq və artıq müəyyən təcrübəm var.

Komanda ötən mövsüm titul qazanıb, buna görə də güclü bir mühitdə yarışacağımı bilirəm. Əminəm ki, birlikdə növbəti ildə əla nəticələr əldə edə biləcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et