Xəbəri Kokpitdə Oxuyun!

Piastri günün ən sürətlisidir

İkinci məşqlər Sinqapurda ən faydalı olur, yalnız bu sessiyada şərtlər təxminən komandaları təsnifatda və yarışda gözləyən şəraitə uyğun gəlir.

Amma tam belə olmur – həftəsonunun ilk günündə asfalt yenə tozlu və sürüşkən olur, ancaq təsnifata hazırlaşmaq üçün başqa imkan yoxdur. Və gələn il Sinqapurda sprintli həftəsonu baş tutacaq ki, bu da ikinci məşqlərin olmayacağı mənasına gəlir.

Williams Alek Elbonun birinci məşqlərdə yanğın səbəbindən zədələnmiş maşınını bərpa edib. Pilotlar dərhal bokslardan çıxıblar, demək olar ki, hamı ilk uzun dövrələr seriyası üçün Medium təkərləri seçib. Bir çox komandada proqramı pilotlar arasında bölüblər ki, daha çox informasiya toplansın.

Yenə də sessiya insidentsiz ötüşməyib. Bortoleto və Antonelli təhlükəsizlik ciblərinə giriblər. Norris divara toxunub. Rassell maşını zədələyib – qəzanın ardından o, özü bokslara qayıdıb, amma maşının qalıqlarını yığmaq lazım olub.

Bir neçə dəqiqə sonra sessiya yenidən dayandırılıb. Louson sağ təkərlərlə divara çırpılıb, asqı sınmış, ön təkər ayrılmış vəziyyətdə hərəkəti davam etdirib və pit-leyn girişində dayanıb. Yenə də qırıntıları toplamaq lazım olub.

Pilotlar trasa qayıtmaq üçün pit-leyndə düzülüblər – bokslardan çıxan Lekler pit-leynlə gedən Norrisa çırpılıb, Lando isə divara dəyib. Hər iki maşını tez təmir ediblər və pilotlar yenidən boksları tərk ediblər. Stüardlar bu insidentlə sessiyadan sonra məşğul olacaq.

Protokollara Oskar Piastri başçılıq edib – 1:30.714.

Elçin Zodorov

Şərh əlavə et