Kokpit.az xatırladır ki, avstraliyalı sürücü Bakıda qəza etmiş və xal qazana bilməmişdi, lakin o, Sinqapurda vəziyyəti bərpa etməyə ümid edir…
Oskar Piastri: “O yarışda kimin qalib gəlməsindən asılı olmayaraq, biz artıq Bakıdakı kimi həftəsonları istəmirik. Artıq belə səhvlərə yol verə bilmərik.
Əlbəttə, mənim üçün bu, ağır dərs oldu, ancaq komanda olaraq bu həftəsonu vəziyyəti yaxşılaşdırmaq üçün bir neçə imkan gördük və bu, həmişə vacibdir.
Sıralanma turunda sadəcə həddindən artıq çalışdım, yarışda isə startda baş verənləri dərhal dərk etmək çətin idi. Mən nəticə çıxardım. Onları “risk dərsləri” adlandırardım. Amma dəyişməli olduğum heç nə yoxdur – nə özüm, nə də yanaşmam barədə. 17 həftəsonundan 16-da yanaşmam çox yaxşı işləyib. Əgər yaxşı alınan şeylərə fokuslansaq, bu, gələcəkdə də davam edəcək. Heç bir inqilabi dəyişiklik yoxdur. Səhvlər olur.
Xal fərqi? Bilirsiniz, mən çempionatda vəziyyəti izləməkdənsə, daha çox işimə fokuslanıram. Bakıdakı yarış yaxşı dərs oldu. Birincisi, hər şeyin necə tez dəyişə biləcəyini göstərdi, ikincisi isə bu mövsümü mənim və komandanın uğurlu etməsinə səbəb olan bəzi şeyləri yadımıza saldı. Düşünürəm ki, sadəcə bunlara diqqət yetirsək, çempionatda vəziyyət təbii olaraq qaydasına düşəcək”.
Şərh əlavə et