Xoan Mirin Motegidə podiuma yüksəldiyi həftənin ardından bu dəfə komanda yoldaşı Luka Marini ön plana çıxıb. İtalyan sürücü, İndoneziya Qran Prisindəki ilk məşq sessiyasının son turunda yeni Medium tərkibli təkərlərlə ən sürətli nəticə göstərib və KTM sürücüsü Pedro Akostanı 0.136 saniyə qabaqlayaraq liderliyi ələ alıb.
Apriliya sürücüsü Marko Bezzekki uzun müddət ən sürətli sürücü olub və sessiyanı üçüncü yerdə tamamlayıb. O, eynilə Alek Rins kimi köhnə Hars–Medium təkər dəsti ilə trasda olub. Rins isə 22 dövrəlik köhnəlmiş təkərlərlə qısa müddət də olsa, liderliyə yüksəlib. Əvvəlcə ekranlardakı təkər məlumatının səhv olduğu güman edilsə də, rəsmi nəticələr bunun doğru olduğunu təsdiqləyib.
Çempion Mark Markes Ducati ilə həftəyə beşinci yerdən başlayıb. Onun komanda yoldaşı və Motegidə ikiqat qələbə qazanmış Françesko Banyaya isə yalnız 17-ci yeri tuta bilib. Hər iki sürücü bütün sessiya boyu təkər dəyişməyib.
Pramac Yamaha-dan Cek Miller yeni təkərlərlə altıncı yerə yüksəlib, komanda yoldaşı Fabio Kuartararo isə köhnə təkərlərlə yeddinci olub. İlk onluğu VR46-dan Fabio Di Cannantonio, Xoan Mir və Qresini-dən Alek Markes tamamlayıblar. Qresini sürücüsü Fermin Aldeguer sessiyanın yeganə qəzasını yaşayıb; isti və sürüşkən trasda bir çox sürücü çətin anlar keçirib.
Ötən il Mandalikada ön Hard. arxa isə sprintdə Soft, yarışda Medium təkərlər seçilmişdi. Michelin sürücülərin bəyənmədiyi ön Medium təkərin yeni versiyasını bu il istifadəyə verib.
Adətən komandalar ilk məşqlərdə tras tozlu olduğu üçün əsas təkərlərini saxlayıb daha az seçilən variantlardan istifadə edirlər. Günortadan sonrakı məşq isə birbaşa Q2-yə keçidi müəyyənləşdirəcəyi üçün həm sıralama, həm də yarış tempini daha real şəkildə göstərəcək.
Şərh əlavə et