Kokpit.az xatırladır ki, yeddiqat Dünya Çempionu bu həftənin əvvəlində 12 illik iti Roskonun ölüm xəbərini paylaşmışdı.
Lyuis Həmilton: “Çoxlu mesaj aldım. Düzünü desəm, Roskonun bütün dünyada insanlara təsir etdiyini görmək və bu mesajları almaq həqiqətən çox təsirli idi. Hamıya cavab verə bilmədim.
Amma bəli, o, mənim üçün çox vacib idi. Bu, çox ağır təcrübədir və bilirəm ki, dünyada çox adam bu yoldan keçib və nə demək olduğunu çox yaxşı anlayır. Sənə inanılmaz sevgi bəxş edən bir ev heyvanına sahib olmaq… Bu, möhtəşəmdir. İndi səbirsizliklə yenidən sükan arxasına keçməyi və sevdiyim işlə məşğul olmağı gözləyirəm.
Nəticəni Roskoya həsr etmək? Mənim yaxşı nəticəmə layiq olan çox insan var: komandamız, tiffozilər, mənim üçün narahat olan, vəziyyətimlə maraqlanan, bütün il, xüsusilə də ötən həftə mənə dəstək olan azarkeşlər…”
Şərh əlavə et