Xəbəri Kokpitdə Oxuyun!

Mercedes komandasınçn rəhbəri Toto Volff cümə axşamı səhər bir daha təsdiqləyib – Kimi Antonelli heç yerə getmir və növbəti mövsümü dəqiq olaraq Mercedes-də keçirəcək. Nahardan sonra isə italiyalı pilot daha da əminliklə suallara cavab verib…

Kokpit.az xatırladır ki, italyan sürücü Azərbaycan yarışında dördüncü yeri tutaraq, builki ən yaxşı ikinci nəticəsini qazanıb.

Kimi Antonelli: “Bakıda əldə olunan dördüncü yer çox vaxtında gəldi. Bu nəticə çox vacib idi, çünki dinamikanı dəyişdi. Aydındır ki, bundan əvvəl işlər pis gedirdi, mənə həqiqətən yaxşı nəticə lazım idi  və bu nəticə vəziyyəti çevirməyə imkan verdi. İndi isə belə nəticələri sabit şəkildə göstərmək və daha yaxşı çıxış etməyə çalışmaq lazımdır.

Yarışdan sonra çox məyus idim, çünki podiuma qalxmaq istəyirdim və bütün yarış boyu buna çox yaxın idim. Amma bir neçə gündən sonra bütün həftəsonuna nəzər saldım və başa düşdüm ki, hər şey çox pozitiv keçib, yanaşma və hazırlıq yüksək səviyyədə olub. Bu yanaşmaya Sinqapurda və növbəti yarışlarda da əməl etməyə çalışacağam”.

Rauf Hacıyev

Şərh əlavə et