Qırmızı bayraqlardan sonra sessiya bərpa olunanda Ferrari mexaniki Lekleri boksdan pit yoluna buraxıb. Həmin an oradan Lando Norris keçirmiş. Nəticədə Leklerin maşını McLaren pilotunun maşınına toxunub, Norris zərbədən sonra pit divarı ilə komanda körpülərini ayıran beton divara çırpılıb və ön qanadını sındırıb.
Stüardların qərarında deyilir ki, Leklerin trasa çıxışına cavabdeh olan mexanik “situasiyanı düzgün qiymətləndirməyib və Leklerə qeyri-müəyyən siqnal verib, halbuki pilot Norrisin maşınını görə bilmirdi. Nəticədə pit yolunda toqquşma baş verib”.
Qərara əsasən, bu cür hallar əvvəllər də yaşandığından, stüardlar hesab ediblər ki, bu pozuntu əvvəlkindən daha sərt cəza tələb edir.
Adətən təhlükəli buraxılış üçün komandalar 5 min avro cərimələnirdilər. Maliyyə sanksiyası Ferrari üçün bu dəfə iki dəfə artıq tətbiq olunub.
Şərh əlavə et